Azərbaycanın son 3 cüdoçusu mübarizəyə başlayır

Fransanın paytaxtı Parisdəki cüdo üzrə Böyük Dəbilqə turniri davam edir. 

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycan millisinin son 3 cüdoçusu xalça üzərinə çıxacaq. İdmançıların hər üçü mübarizəyə 1/8 finaldan başlayacaq.

90 kq-da yer alan Məmmədəli Mehdiyev Rafael Masedo (Braziliya) / Nqayap Hambu (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.

100 kq-da mübarizə aparan Zelim Kotsoyev Pyotr Kuçeranı (Polşa) sınağa çəkəcək. 100 kq-dan yuxarı çəkidəki isə Uşangi Kokauri xalça üzərinə çıxacaq. Onun rəqibi Marvin Qado (Monako) olacaq.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə mübarizəyə qoşulmuş cüdoçulardan Kəramət Hüseynov (60 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 66 kq) medalsız qalıblar.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right