Azərbaycan nümayəndə heyəti Pekinə getdi

Azərbaycan nümayəndə heyəti “Pekin-2022” Qış Olimpiya Oyunlarına yolla düşüb.

Newsport.az xəbər verir ki, 10 nəfərdən artıq Azərbaycan nümayəndə heyətinin  böyük bir qismi “Pekin-2022” Qış Olimpiya Oyunlarında idmançılarımızın iştirakına hazırlıq işlərini təşkil etmək üçün Pekin şəhərinə gedib.

Azərbaycan Milli Olimpiya Komitəsindən verilən məlumata görə, Qış Olimpiya Oyunlarında Azərbaycanın şef de-missionu MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırovun rəhbərliyi ilə Milli Olimpiya Komitəsini Marketinq İdarəsinin müdiri Mehman Kərimov,  “Olimpiya Dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev, MOK-un Beynəlxalq proqramlar uzrə katibi Ceyhun Rəhmanov ilk olaraq Pekinə yollanıblar.

Baş nazirin müavini Əli Əhmədov, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev Pekinə Azərbaycan idmançılarının yarış təqviminə əsasən gedəcəklər.

 

Azərbaycan Olimpiya Komandasının bayraqdarı Vladimir Litvinsev fevralın 8-i və 10-nu yarışacaq. Fevralın 12-də isə Yekaterina Ryabova Pekinə yola düşəcək. Ryabovanın yarışı  15 və 17 fevral tarixində baş tutacaq. Hər iki idmançımız və məşqçilər Aleksey Çetvertuxin, Aleksey Ryabov Pekinə Rusiyanın Moskva şəhərindən yola düşəcəklər.

Hər iki idmançımız fiqurlu konkisürmədə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right