“Polisdə olmuşam, amma narkotik satmağa görə saxlanılmamışam” Millimizin sabiq üzvü

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda yanvar ayının əvvəlindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb və onların arasında sərbəst güləş üzrə gənclər arasında dünya çempionu, Bakı-2017 İslam Oyunlarının, Minsk-2019 Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov da olub. Daha sonra o, sərbəst buraxılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Newsport.az-ın məlumatına görə, bu xəbərlərdən sonra instaqram hesabında canlı yayım edən idmançı isə tutulmasını təkzib edib.

"Yazıblar ki, guya Suraxanı, Mehdiabad, Mərdəkanı narkotiklə mən təmin edirəm"

O bildirib ki, yazılanlar şər-böhtandır: “Mənim 4 kq narkotiklə tutulduğum barədə xəbərlər var. Guya polis məni saxlayan zaman üzərimdə psixotrop maddələr və digər narkotik növləri olub. Bilirsiniz ki, 4 kilo narkotiklə tutulan biri azadlıqda ola bilməz. Necə bir oyun olduğunu bilmirəm. Narkotiklə indiyə qədər heç bir əlaqəm olmayıb. Yazıblar ki, guya Suraxanı, Mehdiabad, Mərdəkanı narkotiklə mən təmin edirəm. Bunların hamısı şər-böhtandır, yalandır. Əgər deyilən qədər narkotiklə tutulmuşamsa, polis evimə gələrdi, yoxlayardı. Amma mən günlərdir ailəmlə birlikdəyəm, evimdəyəm və heç yerə getməmişəm. Düzdür, polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam. Başqa məsələ olub. Məşqlərimi də edirəm, idmanla məşğul oluram. Məqsədim odur ki, bu xoşagəlməz söhbətlərə son qoyum. Hamı bilir ki, illərdir güləşdə əziyyət çəkib medallar qazanıram. Qazandığım medallara görə dövlət mənə kifayət qədər yaxşı mükafatlar verib. Uğurlarıma görə qazandığım pullar özümə bəs edir. Niyə mən narkotik satmalıyam? Düzdür, vaxti ilə səhvlərim olub. Buna görə də hər kəsdən üzr istəmişəm. İndi məqsədim Azərbaycan bayrağını başımın üzərində dalğalandırmaq, yeni uğurlar qazanmaqdır”.

Güləş Federasiyasından açıqlama

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti Mahir Əmiraslanov barədə açıqlama verərək onun yığmadan kənarlaşdırıldığını bildirib: “Məşqçilər heyəti və federasiya bir neçə dəfə intizamsızlığına görə onu cəzalandırıb, hətta yığmadan uzaqlaşdırıb. Nizam-intizam kodeksinə əməl etmədiyi üçün onun barəsində bu cür qərar verilib”.

“Qafqazinfo”





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right