Vüqar Həşimov mükafatının sahibi bəlli oldu

"Tata Steel Chess" turnirinda Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun adına təsis edilmiş “Fair Play” mükafatının sahibi məlum olub.

Newsport.az xəbər verir ki, Niderlandın Veyk-an-Zee şəhərində keçirilmiş yarışın bağlanış mərasimində əsas və "challenge" yarışı üzrə fərqlənən şahmatçılar təltif olunub. Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat Rameshbabu Praggnanandha (Hindistan) və Ervin Lamiyə (Niderland) verilib. Ervin Lami Vüqar Həşimov adına mükafata ikinci dəfə layiq görülüb.

Qeyd edək ki, Vüqar Həşimov Fondu tərəfindən təsis edilən mükafat 2016-cı ildən verilir. Şəhriyar Məmmədyarov "Tata Steel Chess"i 8 xalla ikinci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right