Şəhriyar Karlsenə uduzdu

Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turniri davam edir. 

Newsport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 9-cu turun görüşünü keçirib. Bu dəfə rəqib norveçli dünya çempionu Maqnus Karlsen olub.

Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right