Güləşçilərimizin ilk yarışları bəlli oldu

Azərbaycan güləş milli komandalarının 2022-ci ildə qatılacağı ilk yarışlar bəlli olub. Newsport.az xəbər verir ki, sərbəst güləş yığmasının Bolqarıstanın Veliko Tarnovo şəhərindəki Dan Kolov - Nikola Petrov turnirində iştirakı gözlənilir. Həmin yarış fevralın 17-də start götürəcək.
 
Yunan-Roma güləşçiləri isə cari ilə Türkiyədə start verəcək. Aleksandr Tarakanovun baş məşqçi olduğu komanda fevralın 24-dən 27-dək İstanbulda Yaşar Doğu, Vehbi Emre və Hamit Kaplan turnirinə qatılacaq.
 
Qadın güləşçilər isə yanvarın 26-da Rusiyanın Krasnoyarsk şəhərində İvan Yarıgin Qran-Prisində mübarizə aparacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right