Azərbaycan Super Liqasında növbəti turun proqramı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunlarının yeri və vaxtı dəqiqləşib.

Federasiyanın Mətbuat Xidmətindən Newsport.az-a verilən məlumata görə, ölkə çempionatının növbəti matçları yanvarın 18-də və 21-də təşkil olunacaq.

Yanvarın 18-də ilk olaraq III turun “Azərreyl” və “Murov” komandaları meydana çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “Abşeron” duelinə start veriləcək.

Yanvarın 21-də isə I turun “Azərreyl” – UNEC oyunu keçiriləcək. Matç saat 18:00-da başlayacaq. Hər 3 görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Qeyd edək ki, görüşlər pandemiya səbəbindən azarkeşsiz oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right