Azərbaycan millisi Gürcüstanda toplanış keçir

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi yanvarın 10-da 2022-ci ilin ilk təlim-məşq toplanışına Gürcüstanda start verib.

Newsport.az-ın məlumatına görə, yığmamız Borjomi şəhərinin Bakuriani qəsəbəsində yerli komanda ilə birgə hazırlıq keçir.

Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən turizm bölgəsində təşkil olunan toplanışın əsas hədəfi fiziki hazırlığı yüksəltməkdir. Hazırlıq prosesinə xalça üzərində Gürcüstan millisinin üzvləriylə keçirilən taktiki-texniki çalışmalar da daxildir.

​Pəhləvanlarımız baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yanvarın 25-dək qonşu ölkədə intensiv olaraq məşqləri davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right