Cüdo üzrə Azərbaycan yığmalarının yeni məşqçilər heyəti açıqlanıb

Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib.

Newsport.az məlumatına görə, toplantıda cüdo üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər heyəti təsdiqlənib.

Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov böyüklərdən ibarət komandanın böyük məşqçisi təyin edilib. Onunla yanaşı, Mehman Əzizov baş məşqçi Mövlud Mirəliyevin köməkçisi vəzifəsinə gətirilib. Gənclərdən ibarət yığmanın məşqisi Zaur Babayev də işini əsas millidə davam etdirəcək.

Əsas millinin sabiq böyük məşqçisi, Avropa və dünya çempionu Elxan Məmmədov gənclərdən ibarət komandaya baş məşqçi təyin olunub. Əsas yığmada məşqçi vəzifəsindən ayrılan Elxan Rəcəbli və Rüstəm Alimli Məmmədovun köməkçisi kimi fəaliyyət göstərəcək.

Bundan əlavə, sabiq cüdoçulardan Nicat Şıxəlizadə yeniyetmə oğlanlardan, Kifayət Qasımova isə gənc qızlardan ibarət komandaya məşqçi təyin ediliblər.

Böyüklərdən ibarət komanda

Baş məşqçi: Mövlud Mirəliyev

Böyük məşqçi: Elçin İsmayılov

Məşqçilər: Mehman Əzizov, Zaur Babayev

Gənclərdən ibarət komanda

Baş məşqçi: Elxan Məmmədov

Məşqçilər: Elxan Rəcəbli, Rüstəm Alimli

Yeniyetmələrdən ibarət komanda

Baş məşqçi: Ramiz Ramizzadə

Məşqçilər: Emin İskəndərov, Nicat Şıxəlizadə

Qadınlardan ibarət komanda

Baş məşqçi: Rəşad Məmmədov

Məşqçi: İmamverdi Məmmədov

Məşqçilər (gənclər): Vüqar Hüseynov, Kifayət Qasımova

Məşqçi (yeniyetmələr): Elnur İsmayılov.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah