Azərbaycanın güləş hakimlərinin kateqoriyaları yüksəldilib

Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərin 2022-ci il üçün kateqoriyalarını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidmətindən Newsport.az-a verilən məlumata görə, yerli referilərin bir neçəsinin kateqoriyası yüksəlib.

Tural Əliyev I, Bəşir İsazadə və Həbib Nurulu II, Eldar Bayramov isə III dərəcəli beynəlxalq kateqoriya alıb.

Qeyd edək ki, UWW yanvarda güləş hakimliyində ən yüksək kateqoriya sayılan I-S (olimpiya) dərəcəsinə yüksələn ədalət təmsilçilərinin adlarını açıqlayacaq. Hazırda I dərəcədə olan Azərbaycanın 5 hakimi olimpiya kateqoriyasına yüksəlməyə namizədlər sırasındadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right