AMADA “PARLAQ GƏLƏCƏK ÜÇÜN NARKOTİKƏ YOX” mövzusunda tədbir keçirib

Dekabrın 20-də Azərbaycan Milli Antidopinq Agentliyini (AMADA) İdmanda narkotik vasitələrlə mübarizəyə həsr olunmuş “Parlaq gələcək üçün narkotikə yox” mövzusunda tədbir keçirib. Tədbirdə AMADA ilə yanaşı, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Baş Narkotiklərlə Mübarizə İdarəsi və  Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak edib.
 
Tədbirdə əvvəlcə İdmanda narkotik vasitələrdən istifadə halları və onun  fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli problemin aktuallığına diqqət çəkərək AMADA-nın bu sahədə gördüyü işlərlə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2020-ci il tarixli sərəncamı ilə  AMADA-nın “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı qurumları siyahısına əlavə edilməsindən sonra bu istiqamətlə fəaliyyət daha da genişləndirilib. Təkcə bu il ərzində antinarkotik təbliğatı və maarifləndirməsi məqsədi ilə İdman federasiyaları, idmançılar və onların köməkçi heyəti üçün 8 vebinar, 25 seminar və  1 tədbir keçirilib. Bundan əlavə  keçirilən çoxsaylı digər antdopinq maarifləndirmə tədbirlərində narkotiklə mübarizə məsələsinə xüsusi diqqət yetirilib.  Şəfəq Hüsyenli bildirib ki, AMADA antinarkotik fəaliyyətini Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə koordinasiyalı şəkildə qurub.  Dövlət Komissiyasının təşkil etdiyi tədbirlərdə də  AMADA əməkdaşları aktiv  iştirak edib.
 
Şəfəq Hüseynli bildirib ki, idmanda narkotik vasitələrdən istifadə dünya da aktual problemdir. Narkotik vasitələr Ümumdünya Antidopinq  Agentliyi tərəfindən qadağan edilmiş maddələr siyahısına daxil edilib. Çoxlu sayda idmançı məhz narkotik vasitələrdən istifadə etdiyinə görə sanksiyalara məruz qalıb.  Azərbaycanda da belə hallara rast gəlinir. AMADA-nın 5 illik fəaliyyəti dövründə  7 belə hal aşkar edilib. Bu isə test nümunələri əsasına  aşkarlanmış antidopinq qayda pozuntularının  təxminən  11 faizini təşkil edir.
 
Şəfəq Hüseynli deyib ki,  Azərbaycanda bu sahədə vəziyyəti ətraflı təhlil etmək məqsədi ilə AMADA tərəfindən böyük bir tədqiqat layihəsi icra edilib. O, tədqiqatın nəticələri barədə ətraflı təqdimat edib və bildirib ki, nəticələrinin təhlili bu istiqamətdə fəaliyyəti daha da təkmilləşdirmək, xüsusi ilə də maarifləndirmə tədbirlərində prioritetləri müəyyənləşdirmək və idman sahəsində narkotiklə mübarizə işini daha effektiv  təşkil etməyə imkan verir.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right