Cavid Qurbanov: "Voleybol klublarını federasiya saxlamalı deyil"

"Hər şey onların oyunundan asılıdır. Azərbaycanda komanda oyunları bir az çətin məsələdir. Heç kimin əziyyətini yerə vurmaq istəmirəm. Amma bizdə fərdi idman növlərində daha çox inkişaf, qələbə var. Komanda idman növlərində isə hələlik inkişaf yoxdur".

Newsport.az məlumatına görə, bu fikirləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanov Super Liqa və Yüksək Liqada 2021/2022 mövsümünün açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, voleybol Azərbaycanda komanda idman növləri arasında bayraqdar olub: "Kuboklar qazanmışıq, Avropa çempionatında 4-cü yeri tutmuşuq. Komanda idman növlərində hər şey güclü yox, zəif oyunçu ilə hesablanır. Həmin oyunçu səhv edəndə bütün kollektivə mənfi təsir edir. Hətta iş kollektivində də belədir. Arzu edək ki, komanda formasında yaxşı oynasınlar".

C.Qurbanovun sözlərinə görə, artıq idmanda da quruculuq işlərin start verilib: "Düzdür, pandemiya bitməyib, gündə bir ştam yaranır. Məni yenidən federasiya prezidenti vəzifəsinə layiq gördükləri üçün təşəkkür edirəm. Çalışacağam ki, voleybolumuzun inkişafı dayanmasın, ən azı hazırkı səviyyəni qoruyaq".

Federasiya prezidenti gələcəkdə komanda sayının artırılması məsələsinə də toxunub: "Bu, sahibkarlardan, məktəblərdən asılıdır. Bilirsiniz ki, xarici ölkələrdə əsas komandalar universitetləri təmsil edir. Klubları federasiya saxlamalı deyil. Onlar yaradılmalı, biz isə dəstək verməliyik. Bizdə bəzi məsələlər bir az fərqli qəbul olunur. Elə düşünürlər ki, klubları federasiya saxlamalıdır. Bununla bağlı qanunvericilikdə də boşluq var. Klub saxlayan sahibkarlara, universitet və ya digər təşkilatlara hansısa güzəşt olunmalıdır. Hesab edirəm ki, bu məsələlər də dövlət başçımızın diqqətindən kənarda deyil. "Qarabağ" klubunu qəbul edərkən çıxışından da hiss etdik ki, yenidən bu məsələlərə baxılacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right