Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi dəyişdi

Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

Qurumdan Newsport.az-a verilən məlumata görə, iclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin yeni baş katibi seçilib. A.Əliyev bu postda Ağacan Əbiyevi əvəzləyib.

Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftaxetdinova MOK-un vitse-prezidentləri seçiliblər. Ç.Hüseynzadə yeni müddətə seçilib. Gənclər və idman naziri F.Qayıbov mərhum sələfi Azad Rəhimovu əvəzləyib. Z.Mehfahəddinova isə Xəzər İsayevin yerinə seçilib.

Ç.Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edib və onlara uğurlar arzulayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah