İsveçdə çempion məlum oldu

İsveç çempionatının qalibi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Malmö" 30-cu turda doğma meydanda “Halmstad”la oyundan qolsuz heç-heçə etməklə xallarının sayını 59-a çatdırıb. 

“Malmö” ilə yanaşı, AİK də çempionatı 59 xalla bitirib. Bu komanda həlledici turda doğma meydanda “Sirius”dan üstün olub – 4:2. Şəxsi oyunlarda üstün olan “Malmö” çempionluğu rəsmiləşdirib. AİK isə gümüş medallarla kifayətlənib.

Bürünc medalları “Yurqarden” qazanıb. 

Qeyd edək ki, “Malmö” tarixində 22-ci dəfə İsveç çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right