Karlsen - Nepomnyaşi duelində növbəti sülh

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında şahmat tacı uğrunda növbəti görüş keçirilib.

Newsport.az-ın məlumatına görə, Karlsenin qara, Nepomnyaşinin isə ağ fiqurlarla oynadığı yeddinci partiya heç-heçə ilə yekunlaşıb. Şahmatçılar 41-ci gedişdə sülhə razılaşıblar. Hazırda hesab Karlsenin xeyrinədir - 4:3.

Səkkizinci görüş dekabrın 5-də oynanılacaq. Bu dəfə Nepomnyaşi ağ, Karlsen isə qara fiqurlarla müabrizə aparacaq.

Tərəflər dekabrın 14-dək ümumilikdə 14 dəfə üz-üzə gələcəklər. Bu oyunların yekununda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Yenə qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. "Sülh" davam etsə, "Armageddon"a müraciət olunacaq.

Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.

Qeyd edək ki, Maqnus Karlsen 2013-cü ildə hindistanlı Vişvanatan Ananda qalib gələrək, karyerasında ilk dəfə dünya çempionluğuna yiyələnib. Karlsen daha sonra 4 dəfə titulunu qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right