Aronyan Ermənistan millisindən imtina etdi

Ermənistanlı şahmatçı Levon Aronyan bundan sonra ABŞ Şahmat Federasiyasını təmsil edəcək.

Newsport.az xəbər verir ki, 39 yaşlı qrossmeyster dekabr ayı üçün açıqlanan Beynəlxalq Şahmat Federasiyasının (FİDE) reytinqində ABŞ idmançısı kimi göstərilib. Onun FİDE-nin saytındakı məlumatları da dəyişdirilib.

Qeyd edək ki, L.Aronyan bu ilin fevralında  ABŞ-a köçəcəyini və bu ölkəni təmsil edəcəyini açıqlamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right