Azərbaycan güləşçisi UWW-dən pul mükafatı alacaq

Dünya Güləş Birliyi (UWW) 2 illik fasilədən sonra sərbəst güləşçilərə verilən pul mükafatını bərpa edib.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, idmançıların dünya reytinqindəki mövqeyinə uyğun müəyyənləşdirilən mükafatı ilk “üçlük”də qərarlaşan pəhləvanlar alacaqlar.

Reytinqdə ən yüksək yeri tutan idmançı 10 min ABŞ dolları, ikinci yerin sahibi 7 min dollar, üçüncü yerdə qərarlaşan isə 3 min dollar qazanacaq.

Mükafatçılar sırasında Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov da var. 92 kq çəki dərəcəsində dünya reytinqində 3-cü olan 23 yaşlı idmançıya 3 min ABŞ dolları mükafat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right