Gənclər və idman nazirinin müavinləri dəyişdirildi

Azərbaycanın gənclər və idman nazirinin iki müavini işdən çıxarılıb.

Newsport.az xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

Dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva gənclər və idman nazirinin müavini təyin olunublar.

Qeyd edək ki, M.Vasileva əslən Bolqarıstandandır. O, Azərbaycan Gimnastika Federasiyasının İcrayə Komitəsinin üzvüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right