Azərbaycan çempionatının vaxtı açıqlandı

Dekabrın 7-də sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı start götürəcək.

 

Newsport.az xəbər verir ki, milli komandalara seçim xarakteri daşıyan yarış Bakı İdman Sarayında gerçəkləşəcək. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil ediləcək çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.

 

Proqrama əsasən, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq və 82 kq-da qaliblər müəyyənləşəcək. Həmin gün saat 16:00-da yarışın təntənəli açılış mərasimi başlayacaq.

 

Növbəti gün klassik güləşdə 87 kq, 97 kq və 130 kq, sərbəst güləşdə isə 57 kq, 61 kq, 65 kq və 70 kq-da medalçıların adına aydınlıq gələcək.

 

Yarışın son günündə isə 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq və 125 kq-da ölkənin ən güclü sərbəst güləşçiləri bəlli olacaq.

 

Qeyd edək ki, ölkədə davam edən karantin rejimi ilə əlaqədar olaraq Azərbaycan çempionatı azarkeşsiz keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right