İslam Abbasov Fransada erməni güləşçiyə qalib gəldi

Fransada klublararası güləş çempionatına start verilib.

 

Newsport.az xəbər verir ki, ilk turda İslam Abbasovun heyətində yer aldığı “Şiltgem” komandası “Mets”lə üz-üzə gəlib.
 

Yunan-Roma güləşçimiz bu qarşılaşma çərçivəsində 2 görüş keçirib. Abbasov fransalı Salamon Entoni üzərində böyükhesablı qələbə qazanıb – 8:0. İslam erməni Edqar Xaçaryanı da məğlub edib – 6:3. Həmyerlimizin komandası yekunda 7:3 hesablı qələbəylə ilk turu başa vurub.


Fransa çempionatı dekabrın sonunadək davam edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right