Gimnastımız dünya ikincisi oldu

Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Mixail Malkin final mərhələsində 2-ci cəhdini edib. Tamblinq növündə çıxış edən 25 yaşlı idmançı bu dəfə hakimlərdən 76.300 xal alıb və yekunda 2-ci yeri tutaraq gümüş medal qazanıb.

Qeyd edək ki, yarışın qızıl medalına rusiyalı Aleksandr Lısıtsin, bürünc medalına isə ABŞ təmsilçisi Keydn Braun layiq görülüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right