Zaretska dünya çempionu oldu

Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş dünya çempionatının qalibi olub.

Newsport.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançının finaldakı rəqibi italiyalı Silvia Semeraro olub.

Bu qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.

Azərbaycanın daha bir karateçisi Asiman Qurbanlı isə bürünc medal görüşünə çıxıb. 84 kq-dan yuxarı çəkidə yer alan idmançı çilili Rodriqo Roxasla qarşılaşıb. Rəqibinə 5:2 hesabı ilə qalib gələn Qurbanlı dünya üçüncüsü olub.

Bu gün Azərbaycanın kumite üzrə kişilərdən ibarət yığma isə bürünc medal uğrunda yarışacaq. Komandamız Özbəkistanla üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right