Şahmat millilərimizdən heç-heçə

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.


Newsport.az xəbər verir ki, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.


Qadın yığması isə Ukrayna ilə üz-üzə gəlib. Bu görüşdə də eyni hesab qeydə alınıb.

 

Avropa çempionatı, V tur

Kişilər

Azərbaycan - Rusiya - 2:2

Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk - 0,5:0,5

Teymur Rəcəbov - Daniil Dubov - 0,5:0,5

Rauf Məmmədov - Kirill Alekseyenko - 0,5:0,5

Qədir Hüseynov - Andrey Yesipenko - 0,5:0,5

 

Qadınlar

Azərbaycan - Ukrayna - 2:2

Günay Məmmədzadə - Anna Uşenina - 1:0

Gülnar Məmmədova - Yuliya Osmak - 0:1

Xanım Balacayeva - Nataliya Buksa - 1:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right