Avropa çempionatı: Azərbaycanın şahmat komandalarının V tur üçün heyətləri açıqlanıb

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

Newsport.az-ın məlumatına görə, kişilərdən ibarət komanda Rusiya yığması ilə, qadınlar isə Ukrayna ilə üz-üzə gələcək.

Avropa çempionatı, V tur

Kişilər

Azərbaycan - Rusiya

Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk

Teymur Rəcəbov - Daniil Dubov

Rauf Məmmədov - Kirill Alekseyenko

Qədir Hüseynov - Andrey Yesipenko

Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Hüseynov qara fiqurlarla oynayacaq.

Azərbaycan - Ukrayna

Günay Məmmədzadə - Anna Uşenina

Gülnar Məmmədova - Yuliya Osmak

Xanım Balacayeva - Nataliya Buksa

Gövhər Beydullayeva - Nataliya Jukova

Məmmədzadə və Balacayeva ağ, Məmmədova ilə Beydullayeva qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Kişilərdən ibarət yığma 7 xalla 1 - 3-cü, qadınlardan ibarət komanda isə 3 - 7-ci yerləri bölüşdürürlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right