Güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən U-23 dünya çempionatında finala çıxıb.

Newsport.az-ın məlumatına görə, o, yarımfinalda iranlı Əmirhüseyn Firuzpurbandpeylə qarşılaşıb.

Rəqibinə 10:7 hesabı ilə qalib gələn Nurməhəmmədov həlledici görüşə vəsiqə qazanıb. O, qızıl medal uğrunda rusiyalı Azamat Zakuyevlə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right