Daha 11 cüdoçumuz mübarizəyə başlayır

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir. 

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycanın daha 11 cüdoçusu yarışda mübarizəyə qoşulacaq. İkinci yarış günündə 73 və 81 kq çəki dərəcələrində kişi idmançılar, 63 və 70 kq-da isə qadınlar qüvvəsini sınayacaq.

Yarışın ilk günündə Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) isə bürünc medal qazanıb.

Kişilər

73 kq

1/16 final. Rüfət Məmmədov - Ryo Tsukamoto (Yaponiya)

1/16 final. Telman Vəliyev - Lukas Vennokold (Almaniya)

1/8 final. Hidayət Heydərov - Mixel Adam (Almaniya) / Kornel Andries (Moldova) cütünün qalibi

1/8 final. Rüstəm Orucov - Uranbayar Odgerel (Molqolustan) / Ken Oyoşi (Yaponiya) cütünün qalibi

81 kq

1/8 final. Elcan Hacıyev - Xaknazar Nazarov (Tacikistan) / Yoşimiçi Kamoçi (Yaponiya) cütünün qalibi

1/16 final. Ömər Rəcəbli - Zebeda Rexviaşvili (Serbiya)

1/16 final. Hasil Cəfərov - Giqa Giqauri (Gürcütan)

1/16 final. Kərim Məmmədov - Murrentsen Battulqa (Monqolustan)

Qadınlar

63 kq

1/8 final. Aytac Qardaşxanlı - Qabriella Moraes (Braziliya)

70 kq

1/8 final. Südabə Ağayeva - Utana Terada (Yaponiya)

1/4 final. Günel Həsənli - Lara Çvetko (Xorvatiya).

Qeyd edək ki, Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan Böyük Dəbilqəyə noyabrın 7-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right