Elnur Əşrəfoğlu Bakıdakı Böyük Dəbilqədə anılıb

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi Bakıda cüdo üzrə Böyük Dəbilqənin püşkatmasından əvvəl anılıb.

Newsport.az məlumatına görə, tədbir bir dəqiqəlik sükutla başlayıb və Əşrəfoğlunun fotosu böyük ekranda göstərilib.

E. Əşrəfoğlu Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini olub.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 19-da müalicə olunduğu xəstəxanada vəfat edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right