Yunan-Roma güləşçimiz dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda U-23 dünya çempionatında final görüşünə çıxıb.

Newsport.az xəbər verir ki,  67 kq-da mübarizə aparan idmançı İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.  3:2 hesabı ilə qalib gələn Cəfərov qızıl medal qazanıb.

Qeyd edək ki, Həsrət Cəfərov 1/16 finalda Dieqo Martinesə (Meksika) 3:1, 1/8 finalda  Vasile Dosofteiyə (Rumıniya) 10:1, 1/4 finalda Sultan Assetuliyə (Qazaxıstan) 9:2, yarımfinalda  Kadir Kamala (Türkiyə) 4:1 hesabı ilə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right