DÇ-də iştirak edəcək sərbəst güləşçilər bəlli oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Newsport.az xəbər verir ki, mundialın son 3 günündə (5-7 noyabr) sərbəst güləşçilər mübarizə aparacaq.
 

Məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və İslam İlyasov (97 kq) təmsil edəcək.

​Qeyd edək ki, noyabrın 4-də bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Əliabbas, Zirəddin, Murad, Əşrəf və İlyas qüvvələrini sınayacaqlar. Ayın 6-da isə İntiqam, Turan, Abubakr və Osman mübarizəyə qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right