Nazirin Cüdo Federasiyasına prezidentliyi rəsmiləşdi

Bu gün Azərbaycan Cüdo Federasiyasının növbədənkənar seçkisi keçirilib.

Qol.az-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan seçkidə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Cüdo Federasiyasının yeni prezidenti seçilib. Tədbirdə Rövnəq Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Rəşad Nəbiyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak edib

Qeyd edək ki, nazir qarşıdakı 5 ildə bu vəzifədə Rövnəq Abdullayevi əvəz edəcək. R.Abdullayev 2015-ci ildən federasiyaya rəhbərlik edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right