İdmançılarımız Çexiyada 3 “qızıl” qazandı

Karate idman növü üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska Çexiyanın Plzen şəhərində beynəlxalq turnirin ikiqat qalibi olub. Newsport.az xəbər verir ki, o, -68 kq çəki dərəcəsindən əlavə, mütləq çəkidə çıxışında da rəqiblərini məğlub edib.
 
“Qara Qaplan” klubunun üzvü Veronika Qaşnikova isə -47 kq çəki dərəcəsində qızıl medal qazanıb.
 
Azərbaycan təmsilçiləri beynəlxalq turnirdə qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi altında iştirak ediblər. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right