Azərbaycanın qadın güləşçiləri Serbiyaya yollanır

Qadınlardan ibarət millimiz noyabrın 1-də U-23 dünya çempionatında iştirak etmək üçün Serbiyaya yollanacaq.

Newsport.az-ın məlumatına görə, məşqçilər Rövşən Umudovla Həsrət Məmmədyarovun rəhbərliyi altında Belqradda Şəhanə Nəzərova (50 kq), Tatyana Varansova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq) və Birgül Soltanova (65 kq) mübarizə aparacaq.

Noyabrın 2-də keçiriləcək püşkatma mərasimindən sonra güləşçilərimizin rəqibləri müəyyənləşəcək.

Növbəti gün Şəhanə və Elnurə xalça üzərinə çıxacaq. Ayın 4-də isə Tatyana, Jalə və Birgül mübarizəyə qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right