Azərbaycan millisi Serbiyaya yola düşdü

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 dünya çempionatında iştirak etmək üçün bu gün Serbiyaya yollanıb.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Nihad Quluzadə (55 kq), Həsən Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Qurban Qurbanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq) və Sərxan Məmmədov (130 kq) Belqradda mübarizə aparacaq.

Sabah klassik güləşin bütün çəkiləri üzrə püşkatma mərasimi keçiriləcək.

Noyabrın 1-də Nihad, Həsən, Qurban, Məhəmməd və Sərxan xalça üzərinə çıxacaq. Növbəti gün isə Həsrət və Ülvü mübarizəyə qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right