Alim Nəbiyev amerikalı rəqibinə qalib gəldi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb.

 

Newsport.az-ın məlumatına görə, 27 yaşlı idmançı Niderlandın Arnem şəhərində təşkil olunan “Glory79”da uğurla çıxış edib.

 

Alim “GelreDome”də ABŞ təmsilçisi Troy Consla görüşüb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev qarşılaşmada hakimlərin rəyi ilə qələbə qazanıb – 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28). O, “Glory” çərçivəsində keçirdiyi 8-ci döyüşdə 6-cı dəfə qalib olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right