Güləşçimizdən bürünc medal

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Norveçin paytaxtı Osloda dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

Newsport.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançımız Belarus təmsilçisi Maksim Kajarski ilə üz-üzə gəlib.

Rəqibinə 2:0 hesabı ilə qalib gələn Məmmədov bürünc medal qazanıb.

Qeyd edək ki, M.Məmmədov bundan əvvəl təsnifatda  Kriştian Keçkemetiyə (Macarıstan) 3:0, 1/8 finalda Aydos Sultangaliyə (Qazaxıstan) 6:1, 1/4 finalda Ayata Suzukiyə (Yaponiya) 5:1 (tuşe) qalib gəlmişdi, yarımfinalda isə Jolaman Şarşenbekova(Qırğızıstan) 2:4 hesabı ilə uduzmuşdu.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right