Süleymanovdan gümüş medal

Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.


Newsport.az-ın məlumatına görə, 77 kq-da yarışan idmançımız qızıl medal uğrunda yarışda Roman Vlasovla (Rusiya) üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan Süleymanov 2-ci olub.


Süleymanov 1/16 finalda  Kayratbek Tuqolbayevə (Qırğızıstan) 9:0,  1/8 finalda Daler Rzazadə (Tacikistan) 9:0, 1/4 finalda Roland Şvarts (Almaniya) 10:2, yarımfinalda Timur Berdiyevə(Belarus) 5:4 hesabı ilə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right