Dünya çempionatı: Tokio olimpiadasının medalçısı mübarizəyə başlayır

Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Norveçin paytaxtı Oslodakı dünya çempionatında mübarizəyə başlayacaq.

Newsport.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində çıxış edən dünya və Avropa çempionu Eldəniz Əzizli 1/8 final mərhələsində Koriun Sahradianla (Ukrayna) üz-üzə gələcək.

Ülvü Qənizadə 1/16 finalda İdris İbayevla (Almaniya), Sənan Süleymanov eyni raundda Kayratbek Tuqolbayevlə (Qırğızıstan), Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Rafiq Hüseynov (82 kq) isə Ranet Kaljola (Estoniya) ilə güləşəcək.

55 kq
1/8 final: Eldəniz Əzizli - Koriun Sahradian (Ukrayna)

72 kq
1/16 final: Ülvü Qənizadə - İdris İbayev (Almaniya)

77 kq
1/16 final: Sənan Süleymanov - Kayratbek Tuqolbayev (Qırğızıstan)

82 kq
1/16 final: Rafiq Hüseynov - Ranet Kaljola (Estoniya)

Xatırladaq ki, indiyədək Azərbaycanın yalnız sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər isə yarışı medalsız bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right