Qadın güləşçilərimizdən dünya çempionatında uğursuz çıxış

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

 

Newsport.az xəbər verir ki, dördüncü yarış günündə 50, 53, 65 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub. Azərbaycanın bu gün ilk iki qadın güləşçisi mübarizə aparıb.

 

Türkan Nəsirova (50 kq) ilk mərhələdə Belarus təmsilçisi Nataliya Varakinaya 2:3 hesabı ilə uduzub.

 

Elis Manolova (65 kq) isə Fransa güləşçisi Kumba Larokye ilə görüşdə sonuncu xal prinsipinə əsasən məğlubiyyətlə üzləşib.

 

Qeyd edək ki, dünya çempionatında indiyədək Azərbaycanın iki sərbəst güləşçisi bürünc medal qazanıb. Bunlar Dağıstan əsillilər – Əbubəkr Abakarov və Osman Nurməhəmmədovdur. Həmçinin bu gün Turan Bayramov bürünc medal görüşünə çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right