Məmmədyarov və Rəcəbovdan qələbə

Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsi davam edir. 

 

Newsport.az-ın məlumatına görə, 7-ci turda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Karlsenlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib - 3:1. İlk 2 görüşünü heç-heçə ilə başa vurmuş 34 yaşlı qrossmeyster sonrakı 2 qarşılaşmasından qələbə ilə ayrılıb. Nəticədə Rəcəbov 3:1 hesablı qalibiyyət əldə edib.

 

Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə qarşılaşıb. Məmmədyarov birinci və üçüncü görüşlərini qələbə, ikinci görüşünü heç-heçə ilə başa vurub. Nəticədə dördüncü duelə ehtiyac olmayıb və azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right