İki güləşçimiz dünya çempionatının finalında

Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə gənclərin dünya çempionatı keçirilir.

Mundialda ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 2 güləşçi təmsil edir. Onların hər ikisi finala vəsiqə qazanıb.

Rübail İbrahimli startda yerli güləşçini çətinliklə üstələyib. Daha sonra Ukrayna güləşçisinə məğlub olan həmyerlimiz Moldova idmançısına qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda daha bir Moldova təmsilçisi üzərində qələbə qazanan Rübail adını finala yazdırıb.


Təsnifat mərhələsindən mübarizəyə başlayan Fərid Cabbarov əvvəlcə rumıniyalı rəqibindən güclü olub. Rumıniyadan olan daha bir güləşçini vaxtından əvvəl məyus edən Cabbarov Ukraynanın iki pəhləvanını da xal vermədən məğlub edib və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda da Rumıniya idmançısına qalib gələn Fərid finala yüksəlib.

70 kq
1-ci görüş: Rübail İbrahimli - Ferents Şiki (Rumıniya) 2:1
2-ci görüş: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) 1:3
3-cü görüş: Rübail İbrahimli - Alin Kioriki (Moldova) 3:1
1/2 final: Rübail İbrahimli - Serciu Lupesku (Moldova) 3:1
Final: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna)

80 kq
Təsnifat: Fərid Cabbarov - Konstantin Manea (Rumıniya) 3:0
1-ci görüş: Fərid Cabbarov - Razvan Pavalaç (Rumıniya) 3:0
2-ci görüş: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) 3:0
3-cü görüş: Fərid Cabbarov - Anton Deyneka (Ukrayna) 3:0
1/2 final: Fərid Cabbarov - Virgil Qosa (Rumıniya) 3:0
Final: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right