Həbib Nurməhəmmədov: "Nəriman Abbasovu bilərəkdən rəqib seçmişik"

Keçmiş UFC çempionu Həbib Nurməhəmmədov atası Abdullamanap Nurməhəmmədovun xatirə turnirində yeznəsi Şamil Zavurovla azərbaycanlı döyüşçü Nəriman Abbasov arasında keçiriləcək görüş barədə danışıb.

Newsport.az-ın məlumatına görə, dağıstanlı idmançı özləri Abbasovu rəqib seçdiklərini deyib:

"Nərimanı bilərəkdən rəqib seçdik. Biz qalib gəlmək istəyirik. Ağır döyüş olacaq, qəfəsi qələbə ilə tərk fikrindəyik. Şamil indiyədək 50 döyüş keçirib, böyük təcrübəsi var. 27 yaşlı Nərimanın isə UFC ilə müqavilə ərəfəsində xeyli yükləndiyini bilirəm. O, əbəs yerə kəmərini 3 dəfə müdafiə etməyib. Abbasovun Zavurovla görüşdən sonra okeanın o tayına getmək istədiyini eşitmişəm. Amma Şamilin başqa planları var".

Nəriman Abbasov - Şamil Zavurov qarşılaşması bu gecə keçiriləcək. Bu, Zavurovun son döyüşü olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right