4 karateçimiz finala yüksəldi

Sentyabrın 10-da Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında mübarizəyə başlayıblar.

Newsport.az-ın məlumatına görə, kata yarışlarında Həsənəli Həsənov finala yüksəlib. Kumitedə isə İnci Əzizova (50 kq), Əminağa Quliyev (60 kq) və Osman Osmanlı (+84 kq) həlledici görüşdə iştirak hüququna yiyələniblər.

Bundan başqa katada Ceyhun İsmayılov, kumitedə Mədinə Sadıqova (55 kq), Alika Semihova, Zəhra Allahverdiyeva (hər ikisi 68 kq), Sultan Hüseynov (60 kq), Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Abbas Dadaşov, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar.

Medal qarşılaşmaları sentyabrın 11-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right