Yığmamız mübarizəni dayandırdı Şahmat Olimpiadası

Şahmat üzrə Azərbaycan yığması onlayn olimpiadada çıxışını başa vurub.

Newsport.az-ın məlumatına görə, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarət kollektiv üçüncü yarış günündə üç oyun keçirib.

İlk oyunda yığma Sloveniyaya 4,5:1,5 hesabı ilə qalib gəlib. Komanda ikinci qarşılaşmada Misiri 4:2 hesabı ilə məğlub edib.Şahmatçılarımız son görüşdə isə Fransa ilə heç-heçə edib- 3:3.

 

Bu nəticədən sonra xallarını 12-yə çatdıran Azərbaycan yığması qrup mərhələsini 3-cü pillədə tamamlayıb və pley-offa vəsiqə şansını itirib.

Qeyd edək ki, ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva yer alıblar.

7-ci tur

Sloveniya - Azərbaycan - 1,5:4,5

Yuri Skoberne - Teymur Rəcəbov - 0:1

Boris Markoşa - Rauf Məmmədov - 0:1

Lara Yanzel - Günay Məmmədzadə - 0:1

Tea Vidiç - Gülnar Məmmədova - 1:0

Yan Subelj - Məhəmməd Muradlı - 0:1

Zala Urx - Xanım Balacayeva - 0,5:0,5

8-ci tur

Azərbaycan - Misir - 4:2

Şəhriyar Məmmədyarov - Əhmed Adli - 0:1

Qədir Hüseynov - Ədhəm Fəvzi - 1:0

Gülnar Məmmədova - Şahəndə Vafa - 1:0

Ülviyə Fətəliyeva - Ayyah Moataz - 0:1

Vüqar Əsədli - Hamed Vafa - 1:0

Gövhər Beydullayeva - Sara Adel - 1:0

9-cu tur

Fransa - Azərbaycan - 3:3

Yannik Qozolli - Teymur Rəcəbov - 0,5:0,5

Sebastyan Maze - Şəhriyar Məmmədyarov - 0:1

Mari Sebaq - Günay Məmmədzadə - 1:0

Paulin Gişar - Gülnar Məmmədova - 1:0

Mark Maurittsi - Vüqar Əsədli - 0,5:0,5

Paulin Summariva - Xanım Balacayeva - 0:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right