Tokio-2020: Son paralimpiyaçılarımız mübarizə aparacaq

Bu gün Azərbaycanın son 5 təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

Newsport.az-ın məlumatına görə, ilk olaraq qadınlarda Yelena Taranova, kişlərdə isə Kamran Zeynalov 50 metr məsafayə güllə atma növündə çıxış edəcək. Hər iki idmançı Bakı vaxtı ilə saat 04:30-da yarışa qoşulacaq.

Qadın para-atletlər Yulia Yanovskaya və Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda final mərhələsinə qatılacaq. Onlar Bakı vaxtı ilə saat 05:06-da start xəttinə yaxınlaşacaq.

Digər para-atlet Orxan Aslanov uzunluğa tullanmada qüvvəsini sınayacaq. O, Bakı vaxtı ilə saat 05:02-də yarışa başlayacaq.

Qeyd edək ki, aktivində 12 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right