"Ayağımın iki barmağı sındı, biruzə vermədim, məğlub oldum" İlham Zəkiyev

"Bu, mənim 5-ci paralimpiadam idi. Buradan da əliboş qayıtmıram. Bürünc medalla vətənə dönürəm. Rəqiblərim isə çox çətin idi".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyev deyib.

100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu ilk görüşdə Britaniya təmsilçisini məğlub etdiyini xatırladıb:

"Onunla daha əvvəl 4 dəfə qarşılaşmışdım. Hamısında da qalib gəlmişəm. İkinci görüşüm isə ikiqat paralimpiya çempionu təcrübəli koreya idmançısına qarşı oldu.

Güləş zamanı ayağımın iki barmağı sındı. Bunu biruzə vermədim. Bu səbəbdən güləşmək alınmadı və məğlub oldum.

Həkim məndən soruşdu ki, yenə güləşəcəksən? Dedim ki, ayağımı bağla, davam edəcəyəm. Çünki biz qalib ölkənin əsgərləyirik.

Ordumuzun əsgərləri yaralandıqları vəziyyətdə belə döyüşüb. Azərbaycan əsgəri heç vaxt təslim olmayıb.

Mən növbəti rəqibimə bildirmədim ki, barmaqlarım ağrıyır. Güləşdim və vətənə bürünc medalla dönürəm".

Zəkiyevin sözlərinə görə, cüdo komandası Tokiodakı yarışda çox yaxşı çıxış edib: "6 qızıl və 2 bürünc medalla ölkəyə qayıdırıq.

Biz sübut etdik ki, Azərbaycanda cüdo var və cüdoçularımız dünya şöhrətlidir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right