Mehriban Əliyeva bu gün qələbə qazanmış idmançılarımızı təbrik etdi

"Bizim yeni qələbələrimiz, növbəti medallarımız! İdmançılarımızı – qızıl medal sahibləri, dünya rekordunu yeniləmiş Elvin Astanovu, Dürsədəf Kərimovanı və bürünc medal qazanmış İlham Zəkiyevi səmimi qəlbdən təbrik edirəm. Sizin hamınıza və milli paralimpiya yığmamızın digər üzvlərinə möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayıram".

Newsport.az-ın məlumatına görə, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində yazıb.

Azərbaycan paralimpiyaçısı İlham Zəkiyev Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. Qadın cüdoçu Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub.

Azərbaycanın para-atleti Elvin Astanov isə nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub. O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right