İlham Zəkiyevin bürünc şansı, Kərimova finalda

Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova Tokio-2020 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, +70 kq çəkidə mübarizə aparan idmançı Braziliya təmsilçisi Meg Emmeriklə (Braziliya) üz-üzə gəlib. Rəqibinə qalib gələn Kərimova finala yüksəlib.

Bu gün yarışa qoşulan paracüdoçulardan Kənan Abdullaxanlı (100 kq) mübarizəni erkən dayandırıb.

İlham Zəkiyev isə Tokio-2020 Yay Paralimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

O, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan ikiqat paralimpiya çempionu yamaykalı Teador Subba ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Zəkiyev bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right