Tokio-2020: Azərbaycan 8-ci qızıl medalı da dünya rekordu ilə qazandı

Azərbaycanın para-atleti Elvin Astanov Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, 42 yaşlı idmançı nüvə itələmə növündə bütün rəqiblərindən üstün olub.

O, 8,77 metr nəticə ilə paralimpiya rekordunu da qırıb.

Xatırladaq ki, para-atletimiz Həmid Heydəri də nizə atma növü üzrə yarışda dünya rekordu ilə qızıl medala sahib olmuşdu.

Qeyd edək ki, Azərbaycanın hazırda 8 qızıl və 2 bürünc medalı var. Ölkəmiz 6-cı pillədə qərarlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right