Tokio 2020: 7 idmançımız mübarizə aparacaq

Tokio 2020 Yay Paralimpiya Oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, Paralimpiadanın beşinci günündə Azərbaycanın yeddi idmançısı mübarizə aparacaq. 

Cüdo yarışlarının son günündə Dürsədəf Kərimova, Kənan Abdullaxanlı və ikiqat Paralimpiya çempionu İlham Zəkiyev gücünü sınayacaq.

Atletikanın nüvə itələmə növündə Elvin Astanov, 100 metr məsafəyə qaçışda Elmir Cəbrayılov bacarığını nümayiş etdirəcək.

Avqustun 27-də 100 metr məsafəyə arxasıüstə üzmədə qızıl medal qazanan Roman Saley bu dəfə 50 metr məsafəyə sərbəst üsulla üzmədə finişə birinci çatmağa çalışacaq.

Startı gözləyən digər təmsilçimiz isə pauerliftinqçi Nurlan Babacanovdur.

Paralimpiya komandamızın hesabında  7 qızıl, 2 bürünc mükafat var. Millimiz medal sıralamasında 163 ölkə arasında yeddinci yerdə qərarlaşıb. Oyunlara sentyabrın 5-də yekun vurulacaq.

29 avqust

04:34. Atletika, kişilər. Nüvə itələmə, F53 kateqoriyası, final. Elvin Astanov
05:00. Üzgüçülük, kişilər. S13 kateqoriyası, 50 metr məsafəyə sərbəst üsulla üzmə, təsnifat. Roman Saley
05:30. Cüdo, qadınlar. +70 kq, 1/4 final. Dürsədəf Kərimova - Anastasiya Harnik (Ukrayna)
05:30. Cüdo, kişilər. 100 kq, 1/8 final. Kənan Abdullaxanlı - Şərif Xəlilov (Özbəkistan)
05:30. Cüdo, kişilər. +100 kq, 1/8 final. İlham Zəkiyev - Cek Hocson (Böyük Britaniya)
07:35. Atletika, kişilər. T13 kateqoriyası, 100 metr məsafəyə qaçış, təsnifat. Elmir Cəbrayılov
13:30. Pauerliftinq, kişilər. 97 kiloqram çəki dərəcəsi, final. Nurlan Babacanov.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right