Tokio-2020: Azərbaycandan 6-cı qızıl medal

Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Paralimpiya Oyunlarının qalibi olub.

Newsport.az-ın məlumatına görə, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.

Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right